• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1396
— 11.02.2020 20:36

Yeni oyun - “Şahənşah”

KepezTV Player

Yevlax sakini Şakir Zəngəzurlu “Şahənşah” və ya “Yevlax daması” adlandırdığı yeni oyunun geniş şəkildə yayılmasını istəyir. Onun 1995-ci ildə tərtib etdiyi “Şahənşah” elə şahmat üzərində qurulub. Lakin Şakir Zəngəzurlu yeni oyunu ənənəvi şahmatdan fərqləndirir. Tərtibatçı deyir ki, şahmatdan fərqli olaraq “Şahənşah”da bərabərlik prinsipi daha çox gözlənilir.

Şakir Zəngəzurlu yeni oyunun müəllifi:Şahmatda qarşı-qarşıya fiqurlar hərəsi biri ağda dayanır biri qarada dayanır. Burda bərabərlik prinsipi pozulur. Fiqurlar qara xanadadırsa, ağda da o qara xanada dayanmalıdır. Piyadalar da həmçinin şahmatda ağşah qarada dayanır, qara şah ağda dayanır. Bunun özü bir nöqsandır. Hər bir fiqurun bir dəfəlik yeri olmaldır. Ya ağda dayanmalıdır ya qarada dayanmaldır.

Şakir Zəngəzurlunun sözlərinə görə, “Şahənşah”da bunun tam əksidir. Həmçinin fiqurların içərisində vəkillər də yer alırlar.

Şakir Zəngəzurlu yeni oyunun müəllifi:Şahənşah nə üçün qoymuşam ona görə ki, şahmatda iki dənə şah var. Bir şah gəlib əgər bayrağı mərkəzə qızıl xanaya sancırsa qələbə qazanırsa o artıq şahlıqdan düşür. O biri artıq şah olur. İndi gətirib şahın lövhəni nə üçün 9-9 eləmişəm mərkəzi xana almaqdan ötrü. 8-8-də mərkəzi xana almaq mümkün deyil. 9-9-a əgər olursa o vaxtı mərkəz alınır və mərkəzi qırmızı xanaynan rəngləyirəm. Kim gətirib şahı mərkəzə qoya bilərsə qızıl xanaya. 2-0 qələbə qazanır oyun qurtarır.

Hazırda rayon sakinləri arasında bu oyuna maraq artır. Böyükdən-balacaya bir çox insan boş vaxtlarında “Şahənşah” la məşğul olur.

Yusif Əsədov sakin:Fərqlilik budur ki, rus daması 12 olur. Bunda 3 daş artırıbdı Şakir müəllim. Birdəki mərkəz hazırlayıbdı burda. O mərkəz gedib qırmızı xanaya çıxanda bu olur elə dama. Şahənşahda isə şah gedib o qırmızı damaya çıxanda 2-0 olur.

Nəriman Əzizli sakin:Mən artıq tam bunu bilirəm həvəsliyəm bu meyilə doğru gedirəm, də getmişəm 2-ci yerədə çıxmışam. 1-ci yerə də çıxmışam 3-cü yerədə çıxmışam.

İndi Şakir Zəngəzurlunun əsas istəyi “Yevlax daması”nın daha çox tanınmasıdır.