• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2422
— 11.02.2020 20:35

Günü-gündən soyuyan münasibətlər

KepezTV Player

Əksər qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda qohumluq əlaqələrinə daim böyük önəm verilib. Bizim üçün vaxtilə yalnız ana-ata, bacı-qardaş yox, həm də əmi, dayı, bibiuşaqları, xalaoğulları və sairə qohumlar da əzizlərimiz sayılıb. Amma indi bir o qədər də yox. Görəsən, niyə? Qohumluq münasibəti hansı səbəbdən get-gedə soyuyur?

Məsələylə bağlı psixoloqlar nə düşünür? Müasir insanlar arasında yaranan soyuq münasibət, bir-birinə yadlaşma nə ilə əlaqədardır?

Zahid Tağıyev psixoloq: Məlumdur ki, Qafqaz xalqlarında, bizim toplumda qohumluq münasibətləri hər zaman əsas götürülüb. Müasir həyatın sürətliliyi, keşməkeşliyi bu münasibəti bir qədər soyuyub. İnsanları məcbur qoyan səbəblər var. Məsələn, texnologiyanın inkişafı..

Nizami Səfərov ziyalı: Əvvələr necə idi? Qohum-qonşu xeyir, şər işlərdə bir yerə yığışardılar, söhbət eləyərdilər. Hamı bir-birinə can deyirdi. Evi qonşuya tapşırırdın. İndi qonşuya ev tapşırmaq olar? Əvvəlki mehribanlıq olsa yaxşıdır..

İnsanlar arasında sıx ünsiyyət, mehribanlıq cəmiyyətə müsbət təsir bağışlayır, gənc nəslə örnək davranışlardan hesab olunur.

Zahid Tağıyev psixoloq: Real ünsiyyət onsuzda insan üçün vacibdir. Qohumlar arasında münasibətin sıx olması mehribanlığa, işimizin yaxşı getməsinə, eyni zamanda psixoloji sağlamlığımıza da müsbət təsir göstərir...

“Əmi oğlu”, “xalaoğlu”, “qardaş oğlu” bu sözləri biz müraciət forması kimi də işlədirik. Və dünyanın başqa heç bir yerində, heç kim tanımadığı adama belə müraciət eləmir. Bu bir daha bizim bu sözlərə, qohumluq münasibətlərinə verdiyimiz önəmi göstərir. Elə isə bizim üçün önəmli olanları, bizi azərbaycanlı edən xüsusiyyətlərimizi itirməyək.