• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 11.02.2020 20:30

Koronavirus təhlükəsi Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdırırmı?

KepezTV Player

Rusiya Çindən ildə 100 milyon dollarlıq pomidor ixrac edir. Hardasa Azərbaycandan ixrac etdiyindən 2 dəfə az. Lakin koronavirusla əlaqədar yerli istehsal olan pomidora Rusiya bazarında tələbatın artacağı iusrisna deyil. Tələbatın artımı təkcə pomidor üçün deyil, digər tərəvəzlər məhsulları üçün də xarakterikdir. Fermerlər deyir ki, istehsalı lazımi səviyyəyə artıra bilsək, yaranan boşluqdan yararlanmaq olar.

Fariz Poladov fermer:Azərbaycanda iqlim yaxşı olduğundan bölgələrimizdə bir çox məhsullar, meyvələr, tərəvəzlər, kənd təsərrüfatı məhsulları yetişdirilir. Öz keyfiyyətinə, bolluğuna və görünüşünə görə bizim məhsullar yaxşı mənada fərqlənir. Azərbaycan brendinin hər tərəfdə tanınması üçün fermerlər xarici bazarlara çıxış imkanlarına cəhd etməlidir.

Mahilə Atakişiyeva fermer: Təsərrüfat məhsullarını Rusiyaya ixrac etməyi tövsiyə edirəm. Çünki Çindən məhsul gəlmir, bazarda böhrandır. Aparıb orada satsınlar. Rusiyada bizim həmyerlilərimiz çoxdur. Tələbat da çoxdur. Həm qış, həm yay mövsümündə tələbat olur. Pomidor, xiyar, göy-göyərti məhsulları. Bizim göyərti məhsullarımız Rusiyada çox satılır. Əkib göndərmək lazımdır.

İxrac üçün istehsalın artırılması isə vaxt tələb edir. Çünki istixanalarda istehsalın təşkili ilə bağlı işlərə payızdan başlanılır. Adətən Rusiyanın özündə məhsul yetişən zaman isə ixrac zəifləyir. İstənilən halda ixrac artımı üçün imkan yaranıb. Çünki söhbət 100-130 min tonluq Çin məhsuluna olan tələbatın ödənilməsindən gedir.

Sabit Əliyev satıcı:Çindən gələn məhsulları virusa görə Rusiya bazarına buraxmırlar. Azərbaycan məhsullarının da keyfiyyəti yüksəkdir. Sahibkarlar çox istehsal etsin, keyfiyyəti yaxşı olsun, Rusiya bazarlarına, nəinki təkcə Rusiya, bütün dünya bazarlarına çıxsınlar, onlar da yaxşı qazansın.

Çin məhsullarından imtina istənilən halda alternativlərin tapılmasını labüd edir. Amma bir məsələ var ki, kənd təsərrüfatında hansısa məhsulun istehsalını kəskin artırmaq elə də asan deyil. Doğrudur, istixana şəraitində bir neçə dəfə tərəvəz yetişdirmək mümkündür.

Abubakar Çerçiyev ekspert:Çində yayılan virus nəticəsində ölkədən ixraca qadağa qoyulub. Bu Azərbaycan üçün, fermerlərimiz üçün böyük şansdır. Öz istehsal etdikləri məhsulları Rusiya bazarlarına, xarici bazarlara çıxarmaqla gəlir əldə edə bilərlər. Qış mövsümü olduğu üçün, açıq şəraitdə deyil, istixanalarda tərəvəz bitkiləri becərilir. Ölkəmizdə becərilən bu məhsulların xarici bazara çıxarılması fermerlərimiz üçün karlıdır, həm də ölkəmizin büdcəsi üçün də müsbət haldır.

Koronavirus təhlükəsi səbəbilə Rusiyanın Çinlə sərhədi bağlandığına görə, bazarlarda meyvə-tərəvəz qiymətləri də kəskin bahalaşıb. Azərbaycandan  Rusiyaya ixrac edilən xiyarın 1 kiloqramı 10,7 manat, pomidorun qiyməti isə 18,7 manat çatıb.