• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 10.02.2020 11:42

Yeməkdən sora nələri etmək olmaz

KepezTV Player

Bəzən insanlar yeməkdən sora özünü  ağır yuxulu hiss etməyindən yorğunluqdan, halsızlıqdan şikayətlənirlər.Mütəxəssislər yeməkdən sora vərdiş edilən bəzi  davranışları dəyişdirməyi  tövsiyə edir.Yeməyin növündən aslı olaraq həzm prosesi də fərqlidir. Ət 3-4 saata həzm olursa, tərəvəz tərkibli yeməklərdə bu proses daha tez olur.Ona görə də yeməkdən sora bəzi hərəkətlərə  xüsusi diqqət yetirmək lazımdır.

Mütəxəssislərin sözünə görə, yeməkdən sonra idman etmək qətiyyən yolverilməzdir.Tox qarına idmanla məşğul olmaq məsləhətli olmadığı kimi, boş mədəylə də məşqlər yolverilməzdir.Ona görə də idmana başlamazdan əvvəl yemək əvəzinə bir az meyvə qəbul etmək, ya kokteyl içmək olar.Qidanın tam həzmi üçün mütləq tələsmədən və yaxşı çeynəyərək yemək lazımdır.

Gündəlik fiziki aktivliyin insan orqanizminə faydaları artıq peşəkarlarla yanaşı siravi şəxslərə də məlumdur.Amma bu fəaliyyət növü ilə məşğul olmağın da öz tələbləri var..

Bir çox insanlar yeməkdən  dərhal sonra çay və ya su qəbul edirlər.Həkimlər bildirir ki, yeməkdən sora maye qəbulu qətiyyən yolverilməzdir və müxtəlif mədə xəstəliklərinə, hətta anemiyaya gətirib çıxara bilir.Vərdiş edilən  qida rejimində buraxılan  yalnışları düzəltmək çətin olsa da gələcəkdə baş verəcək xəstəliklərin qarşısını almaq və fəsadlarından qaçmaq üçün sağlam həyat tərzinə  mütləq vərdiş etmək lazımdır.