• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 11.02.2020 10:30

Çikaqo 2020: Volkswagen Atlas yenilənib

Volkswagen şirkəti yenilənmiş Atlas krossoverini nümayiş etdirib. Bəzi bazarlarda avtomobili Teramont adı ilə məşhurdur. Restaylinq keçmiş Atlas modeli yeni telematik sistemə, genişləndirilmiş avadanlıq siyahısına və yenilənmiş eksteryerə sahib olub.

Yeni opsiyaların əksəriyyəti Atlas modelinə onun kupe-kross variantı olan Atlas Cross Sport modelindən götürülüb: məsələn, yeni sükan, Fender səs sistemi, havalandırmalı və isitməli ön oturacaqlar, həmçinin dörd cihazı birləşdirmək imkanı verən Wi-Fi giriş nöqtəsi olan Car-Net telematik sistemi.

Bundan başqa, Atlas modelinin avadanlıq siyahısına yol nişanlarını tanıma sistemi, tıxac köməkçisi, adaptiv kruiz-kontrol və zolağa nəzarət funksiyası daxil edilib.

Bu gündən etibarən tam ötürməı sistemini baza mühərriki olan 2.0-litrlik dördsilindrli turboaqreqatla tandemdə sifariş etmək mümkündür. Əvvəllər, tam ötürmə sistemi 280 at qüvvəsi hasil edən 3.6-litrlik VR6 mühərriki ilə əlçatan idi. Güc aqreqatları alternativsiz olaraq 8-pilləli «avtomat» ilə tandemdə çalışırlar.

Yenilənmiş Volkswagen Atlas modelinin Şimali Amerikadakı satışlarına yaz aylarında başlanacaq.