• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 11.02.2020 10:35

Velosiped və onun faydaları

KepezTV Player

Mənzil başına çatmaq üçün kimi şəxsi avtomobilindən, kimi də ictimai nəqliyyatdan istifadə  edir. Lakin indiki zamanda velosipeddən istifadə edənlər də az deyil. Belə insanlardan biri də 68- yaşlı  Salam İsmayılovdur. Müsahibim deyir ki, əvvəlki vaxta nisbətən hazırda insanların velosipedə qarşı münasibəti dəyişib. Salam İsmayılov bu nəqliyyat vasitəsindən istifadəni sağlamlıq və ekologiyaya qayğı kimi qiymətləndirir.

Velosipedə minmək, kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir yoldur. Eyni zamanda ucuz nəqliyyat vasitəsidir. Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər, sürməyənlərə nisbətən daha arıq çəkiyə malik olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçdiyindən orqanizmdəki artıq yağlar da əriyir.

Velosiped sürmək ürək məşqidir. Araşdırmalar zamanı velosiped sürənlərin müntəzəm şəkildə qaçışla məşğul olan insanlardan daha sağlam olduğu sübut edilib. Velosiped sürməklə arıqlamaq, ürəyin sağlamlığını qorumaq, əzələləri inkişaf etdirmək, pul yığmaq və ətraf mühiti qorumaq mümkündür.