• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1569
— 11.02.2020 12:35

Azərbaycanda ilk dəfə qaza tələbat gözlənildiyindən çox olub

KepezTV Player

Fevralın 10-dan etibarən ilk dəfə olaraq qaza tələbat gözlənildiyindən xeyli artıb.“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 mln. kubmetrə çatıb. Ötən ilin təcrübəsinə görə, sutkalıq tələbat 35 mln. kubmetri keçmirdi. Hazırda ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsini nəzərə alaraq Birlik tərəfindən Qaz Paylayıcı Stansiyalarda yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərində quraşdırılmış qaz tənzimləyici qurğuların giriş-çıxış təzyiqləri ciddi araşdırılır. Abonentlər qazın təzyiqinin azalmasını müşahidə edərlərsə, yaşadıqları ərazi barədə 104/185 Çağrı mərkəzinə zəng edə bilərlər.