• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2557
— 11.02.2020 12:32

Ölən və xəsarət alan var

KepezTV Player

Gəncənin Dədə Qorqud küçəsi ilə İsaq Cəfərov küçəsinin kəsişməsində qəza qeydə alınıb."Mercedes" markalı avtomobil digər "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə sürücülər, 32 yaşlı Vüsal Bəhrəmov və 38 yaşlı Vüsal Əliyev müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onlardan, Vüsal Bəhrəmov orada ölüb. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.Faktla bağlı Cinayət Məcəlləsinin 363.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.