Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şiştəpə kəndində oğurluq hadisəsinin üsütü açılıb. 10 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli 31 yaşlı Elman Nağıyev və onun əmisi oğlu, 31 yaşlı Səfər Nağıyev saxlanılıb. Eyni əmələ görə bir dəfə məhkumluq həyatı yaşayan əmioğlanları törətdikləri cinayəti səmimi etiraf ediblər. Onlar oğurladıqları heyvanları digər rayonların bazarlarında sataraq pulunu öz aralarında böldüklərini bildiriblər. Nağıyevlərin digər oxşar cinayətlərdə iştirak edib-etmədikləri araşdırmaların nəticəsində bəlli olacaq.
Səfər Nağıyev saxlanılan şəxsI: Oturub yeyib içdik. Sonra gördük ki heyvanlar gəlir. Onları aparıb Bərdə bazarında satdıq.
Elman Nağıyev saxlanılan şəxs: Heyvanları Bərdə bazarında satdıq. 3300 manat pul əldə etdik. Pulu öz aramıəzda bölüb hərəmiz özümüz xərclədik.
Rauf Sadıqov müstəntiq: 1989-cu il təvəllüdlü Səfər Nağıyev və onun əmisi oğlu 1989-cu il təvəllüdlü Elman Nağıyev tərəfmizdən saxlanılıb. Onların barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.
Natiq Hüseyn
- Baxış: 813