• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 10.02.2020 19:18

U-17 Liqasında mübarizə başladı

KepezTV Player

17 yaşlı futbolçuların liqasında qış fasiləsi başa çatıb. Birinciliyə XV turun oyunları ilə start verilib. Yarışda çıxış edən “Kəpəz”in müvafiq yaş qrupu üzrə komandası “Tufan” ilə qarşılaşıb. Gəncə şəhər stadionunun süni örtüklü meydanında keçirilən görüşdə qonaqların üzü gülüb. İlk dövrədə səfərdə bu rəqiblə qolsuz bərabərliyə nail olan İlham Səmədovun yetirmələri doğma meydanda 2:3 hesabı ilə uduzub. “Sarı-göylər” hər iki qolu penalti zərbəsindən vurublar. Məğlubiyyətə baxmayaraq “Kəpəz” turnir cədvəlində mövqeyini qoruyub. 14 kollektivin mübarizə apardığı yarışda gəncəlilər 18 xalla 10-cu pillə qərarlaşıblar. Səmədovun komandası liqada növbəti oyununu fevralın 15-də səfərdə “Neftçi” idman klubuna qarşı keçirəcək.