• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1201
— 10.02.2020 17:58

Gənc sahibkar qadınlara texniki yardım göstəriləcək

KepezTV Player

Qərb bölgəsinin ucqar dağ kəndləri, eləcə də Gəncədə fəaliyyət göstərən gənc sahibkar qadınlara texniki yardımlar göstəriləcək. Fevralın sonunda başlayacaq təlimləri uğurla başa vuran aidiyyatı üzrə avadanlıq, toxum, tinglə təmin ediləcək.

Şirniyyat istehsalı ilə məşğul olan gənc sahibkar əldə etdiyi qazancla istehsalını genişləndirə bilmir. Hətta deyir ki, texniki təminatı yaxşı olsa bu keyfiyyət və kəmiyyətə də müsbət təsir edə bilər. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icrasına başlanılan yeni layihədən faydalanmaqda israrlıdır. Yeni layihə qadın sahibkarlığının dəstəklənməsinə və inkişafına kömək etmək məqsədi daşıyır. Həmçinin onların gələcək planlarına kömək etmək, peşə kurslarına cəlb edilməsi və texniki yardımların göstərilməsini də əhatə edəcək. Burada əsasən kənd və rayonlarda yaşayan sahibkar qadınlara dəstək nəzərdə tutulub.

Zemfira Ağayeva - “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri: İldən ilə sahibkar xanımların sayı artmaq üzrədir. Bunun artımı dövlətin sahibkara dəstəyi sayəsindədir. Gəncə regionunda olan sahibkarlarla ilk dəfə sorğu keçirilib. Sorğunun nəticəsi olaraq da layihə yazılıb. Sahibkarın nəyə ehtiyacı varsada  layihə o səpkidə həyata keçirmək nəzərdə tutulub. İnsanların hansı problemi varsa onu araşdırdıq. Tovuz, Qazax, Şəmkir, Goranboy bu ərazidə hansı sahibkarın problemi varsada ilk öncə araşdırılıb. Layihə nəzərdə tutulan problemə görə yazılıb.

Layihə gələn ilin ortalarına kimi davam edəcək. Bu müddətdə mərhələli şəkildə sahibkarlara köməkliklər göstiriləcək. Onlar fəaliyyətlərinə uyğun avadanlıq və texnikalarla təmin ediləcək.