• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2591
— 10.02.2020 17:23

Mobil telefonları gizlədərək keçirməyə cəhd etdi

KepezTV Player

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan "Lada 211440" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol örtüklərinin, eləcə də maqnitofon üçün nəzərdə tutulan yerin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən, polietilen paketlərdə 30 ədəd mobil telefon aşkarlanıb.<br><br>Şübhəli məqamlar olduğu üçün nəqliyyat vasitəsinə rentgen aparatında baxış keçirilib, bu zaman avtomobilin yük yerinin sağ  və sol örtüklərinin arxasındakı boşluqlarda polietilen paketlərdə daha 10 ədəd mobil telefon aşkarlanıb.<br>Faktla bağlı araşdırma aparılır.