• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 09.02.2020 20:34

Ən yaşlı seçici səsvermədə iştirak edib

KepezTV Player

37 saylı Nizami I seçki dairəsi üzrə 10 nəfər deputatlığa namizəd qeydə alınıb. 25 seçki məntəqəsində keçirilən səsvermədə 33 min 469 vətəndaşın iştirakı nəzərdə tutulub. Dairə üzrə ən yaşlı seçici isə 24 saylı məntəqədə səs verib. Müharibə vetaranı Qüdrət Cəfərov hamı kimi prosesdə iştirak edib.

Qüdrət Cəfərov 100 yaşlı seçici: 100 yaşımda bu bayramda iştirak etdiyim üçün çox şadam...

Xoş təsadüflərdən biri Qüdrət müəllimin vaxtilə təhsil aldığı Tibb Kollecində səsverməsi olub. Bu günü bayram hesab edən 100 yaşlı seçici millət vəkillərininin fəaliyyətdən ağızdolusu danışıb.

Qüdrət Cəfərov 100 yaşlı seçici və ya ən yaşlı seçici: Millət vəkilləri çox gözəldirlər, onlar xalqımızı nümayəndələridir. Onlar bizə lazımi köməyi, yardımı edirlər. Ona görə, hər bir ölkənin deputatı olmalıdır...

24 saylı seçki məntəqəsində keçirilən sesvermədə 2-si xarici olmaqla, 42 müşahidəçi iştirak edib, prosesin gedişatını izləyiblər.

Kifayət Fəttahi YAP-ın müşahidəçisi: Səhər tezdən saat 8 tamamda seçki başlayıb. Həmin vaxtdan tam şəffaf, aydın, ədalətli demokratik səsvermə keçib. Bütün insanlar vətəndaşlıq hüququnu həvəslə yerinə yetirib,səs veriblər. Heç bir neqativ hal qeydə alınmayıb.

Gəncədə 4 dairə üzrə ümumilikdə, 6 ən yaşlı seçicinin adı siyahıda öz əksini tapıb. 37 saylı Nizami I seçki dairəsi üzrə ən yaşlı seçicilər 100 yaşlı Nabat Həsənova və Qüdrət Cəfərov olub. 38 saylı seçki dairəsindən isə 97 yaşlı Gülsənəm Zeynalova ən yaşlı seçici kimi qeydə alınıb. 39 saylı dairənin ən yaşlısı 100 yaşlı Mulxusa Hümbətova, 40 saylı DSK-da isə yaşı 1 əsrə bərabər Fərman İmanov və Çimnaz İbrahimova olub.