• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1489
— 09.02.2020 20:30

Bölgələr seçkidə fəallıq nümayiş etdirib

KepezTV Player

97 saylı Goranboy-Ağdam-Tərtər Dairə Seçki Komissiyasınında 62 seçki məntəqəsi var. Bu məntəqələrdən 28-i Goranboy, 25-i Ağdam, 3-ü Tərətər rayonlarında yerləşir, 6-ı isə qapalıdır. 6 məntəqədə prosesi veb kameralar vasitəilə izləmək mümkün olub. Ümumilikdə dairə üzrə seçicilərin sayı 39 min 554 nəfərdir. Bu seçicilərdən də 51 faizi qadın, 49 faizi kişidir. 23 nəfər isə ilk dəfə səs verənlərdir. Seçkilərdə 3 siyasi partiyadan 9 namizəd mübarizə aparır. Prosesi 8 siyasi partiyadan 792 müçahidəçi izləyib.

Faiq Məhərrəmov 97 saylı DSK-nın sədri: Bizim dairə əhatə etdiyi ucar dağ kəndləri var. Onların hamısı ilə əlaqə saxlayırıq. Bütün məntəqələr genratorlarla təmin olunub.

Arzu Əliyeva müşahidəçi: Vətəndaş həmrəyliyi partiyasından çıxış edirəm. Seçki başlayandan burdayam. Seçki şəffaf keçir, heç bir qanun pozuntusu yoxdu.

Qurban Nəcəfov müşahidəçi: Ekzitpol müşahidəçiyik. Sorğular aparırıq. Heç bir qanun pozuntusu yoxdu.

Tural Həmidov seçici:Qızılhacılı kənd sakiniyəm. İlk dəfə səs verməyə gəldim. Adımı tapdım, səs verdim problem yoxdu.

96 saylı Goranboy-Naftalan Dairə seçki komissiyasında 45 məntəqədən 40-ı Goranboy, 5-i Naftalanda yerləşir. Məntəqələrin 7-i isə veb kamera ilə təchiz edilib. 4 min Naftalanda olmaqla ümumilikdə 39 min 332 seçici qeydiyyata alınıb. 8 siyasi partiyadan 400 müşahidəçi qeydiyyata alınıb. İlk dəfə 19 nəfər səs verib. Dairə üzrə 10 namizəd mübarizə aparıb.

Vüqar Xəlilov seçki məntəqəsinin sədri:Məntə hazırda veb kamera, rabitə, internetlə təmin olunub. İşıq genratoru ilə təmin olunub.  Hava şəraiti ilə əlaqədar elektrik enerjisi kəsilərsə genrator var.

Fəridə Əliyeva müşahidəçi:Demokratik islahatlar partiyası tərəfindən müşahidəçi kimi qeydə alınmışam. Saat 8-dən burdayıq. Heç bir qanun pozuntusu müşahidə etməmişəm.

Nemət Aslanov seçici: Şəxsiyyət vəsiqəsini təqdim elədim. Adım tapıldı, imzamı çəkdim. Heç bir qanun pozuntusu görmədim.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 79 seçki məntəqəsindən da 49-ı Göygöl,  30-i isə Daşkəsən rayonunda yerləşir. Ümumilikdə isə məntəqələr üzrə 44 min 946 seçici qeydiyyatdadır.

Qeydiyyatda olan seçicilərdən 36 min 774-ü Göygöl, 8172-i Daşkəsən sakinidir. Onlardan da 50,79 faizi qadın, 49,18 faizi kişidir. Seçkilərdə 11 namizəd mübarizə aparıb. Dairə üzrə 9 siyasi partiyadan  923 müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilərdən 2 nəfər ATƏT-in nümayəndəsi 1 nəfər isə MDB-dən olan nəzarətçidir. Seçkiləri izləmək üçün Mərkəzi Seçki komissiyasından qeydiyyatdan keçən 4 təşkilat  ekzitpol aparır.

İlqar Musayev müşahidəçi: Vəhdət partiyasından müşahidəçiyəm. Səhər saat 8-dən burdayam. Seçkidə faəllıq var, heç bir fəallıq yoxdu. İstədikləri namizədə səs verirlər.

Süsən Qurbanova seçici: Səsimi verdim. Layiqli namizədimi seçdim. Seçki tam demokratik keçirilir.

Abbas Zalov 101 saylı DSK-nın sədri: Hava şəraitin pis olmasına baxmayaraq bütün seçki məntəqələrində seçki fəallığı normaldı. Hər bir seçki məntəqəsi ilə əlaqə saxlanılır. Seçki dairəsinə heç bir şikayət daxil olmayıb

Bütün məntəqələr gözdən əlillər üçün bu cür blutenlər də təqdim olunub. Gözdən əlil olan şəxslər məntəqəyə daxil olduqda həmin blutenlər onlara verilir. Onlar bu blutenlərdə öz istədikləri namizədlərə səs verirlər.

Vaqif Hacıyev seçki məntəqəsinin sədri:İndiyə kimi 2  nəfər gözdən əlil şəxs gəlib həmin əlifba ilə öz səslərini verə bilmişlər. Seçki çox fəal keçir.

Gəncədə yerləşən 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının 65 məntəqəsi 35 şəhər və rayonda yaradılıb. Bütün məntələrdə seçicilərin fəallığı müşahidə edilib. Ümumilikdə seçki dairəsi üzrə  51 min 755 seçici qeydiyyata alınıb ki, bunların da 53 faizi qadın, 47 faizi isə kişidir. Bu seçicilərdən bu il ilk dəfə səs verənlərin  sayı 1985 nəfərdir. Seçkilərdə 8 nəfər namizəd mübarizə aparır. Dairə üzrə 793 müşahidəçi seçkini  izləyib. Bu müşahidəçilər həm müxtəlif siyasi partiyaları, həm müstəqil, həm də qeyri hökümət təşkilatlarını və ictimai birlikləri təmsil edib.

Adil Murtuzayev 123 saylı DSK-nın sədri:Məntəqlərimiz seçkiyə tam hazır vəziyyətdədir. Demokratik, şəffaf seçkiləri keçirmək üçün hər cür şərait var. İlkin məlumata görə seçicilərin faəllığı müşahidə olunur.

Yasin Allahverdiyev müşahidəçi:Öz təşəbbüsümlə müşahidəçi kimi iştirak edirəm. Əhalinin girişi çıxışı tam sərbəstdir. Hər kəs öz namizədinə səs verir.

Dilqəm Ağayev seçici:Səs verdim, çox şəffaf keçdi. Çox razı qaldım.

Hər dörd seçki dairəsi üzrə seçicilərin fəallığı günün sonuna kimi müşahidə olunub.