• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2131
— 09.02.2020 16:13

Gəncə idmançıları seçkilərdə

KepezTV Player

6-cı çağırış Milli Məclisə seçkilərdə müxtəlif peşə sahibləri ilə yanaşı, idman ictimaiyyətinin nümayəndələri də səsvermədə iştirak ediblər. Onlar arasında həm olimpiya, həm də qeyri-olimpiya idman növü üzrə idmançı və məşqçilər yer alıb.

Ölkənin ən tanınmış paralimpiyaçılarından olan Ramil Qasımov 38 saylı Nizami ikinci Gəncə seçki dairəsinin 8 saylı məntəqəsində səs verib. Titullu paracüdoçu qeydiyyatda olduğu seçki məntəqəsində öz namizədini seçib.

İdmançılar kimi məşqçilər də deputat seçkilərində iştirak edib. 40 saylı Kəpəz ikinci Gəncə seçki dairəsinin 4 saylı məntəqəsində basketbol üzrə Azərbaycan superliqasında çıxış edən Gəncə komandasının çalışdırıcısı, əməkdar məşqçi Rizvan Səfərov Milli Məclisdə görmək istədiyi namizədə səsini verib.

Səsvermə prosesində öz hüquqlarından istifadə edənlər sırasında Gəncə juboksinq citsu nümayəndəliyinin rəhbəri Rafael Hüseynov da olub. Təcrübəli mütəxəssis 40 saylı Kəpəz ikinci Gəncə seçki dairəsinin 12 saylı məntəqəsində 5-ci dəfə parlament seçkilərinə qatılıb.

Sözügedən idman ictimaiyyətinin nümayəndələri ilə birlikdə Nizami yurdunun ən tanınmış simaları da gün ərzində seçki prosesinə qatılaraq, səsvermə hüququndan yararlanıblar.