• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 09.02.2020 16:08

Kəlbəcərdən olan məcburi köçkünlər fəallıqları ilə seçilirlər

KepezTV Player

Gəncədə yerləşən 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının 65 məntəqəsi 35 şəhər və rayonda yaradılıb. Bütün məntələrdə seçicilərin fəallığı müşahidə edilir. Ümumilikdə seçki dairəsi üzrə 51 min 755 seçici qeydiyyata alınıb ki, bunların da 53 faizi qadın, 47 faizi isə kişidir. Bu seçicilərdən 18 yaşı tamam olan və bu il ilk dəfə səs verənlərin sayı 1985 nəfərdir. Seçkilərdə 8 nəfər namizəd mübarizə aparır. Seçki dairəsi, eləcə də bütün məntəqələr lazımi avadanlıqlarla təchiz edilib. Dairə üzrə 793 müşahidəçi seçkini izləyir. Bu müşahidəçilər həm müxtəlif siyasi partiyaları, həm müstəqil, həm də qeyri hökümət təşkilatlarını və ictimai birlikləri təmsil edir.