• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 836
— 09.02.2020 12:03

Növbədənkənar parlament seçkiləri keçirilir

KepezTV Player

Bu gün Azərbaycanda Milli Məclisə VI çağırış seçkilərdə səsvermə keçirilir. Parlamentə növbədənkənar seçkilərdə seçicilərin azad və sərbəst səs verməsi üçün seçki məntəqələrində bütün lazımi şərait yaradılıb. Mərkəzi Seçki Komissiyasının  sədri Məzahir Pənahovun sözlərinə görə, prosesi izləmək üçün Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçmiş bütün şəxslərin fəaliyyətinə məntəqə seçki komissiyalarının üzvləri, eyni zamanda akkreditasiyadan keçmiş şəxslər də seçki məntəqələrinin fəaliyyətinə maneə yaratmamalıdır.

125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərir.  1314 nəfər namizəd qeydiyyata alınıb. 246 nəfər 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfər fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Bütün məntəqələrin 18%-də veb-kameralar quraşdırılıb. Hər bir kəs Mərkəzi Seçki Komissiyasının rəsmi saytına daxil olmaqla dünyanın istənilən nöqtəsindən səsvermənin gedişini izləyə bilər.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyir. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.