• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 08.02.2020 16:31

Qadın sahibkarlar qərb bölgəsində 35 kiçik müəssisə açmağa hazırlaşırlar

KepezTV Player

“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, İsveçrə Əməkdaşlıq Təşkilatının Gürcüstanda yerləşən Nümayəndəliyi Tovuzda 32, Oğuzda 2, Gədəbəydə 3 qadın sahibkarlar tərəfindən yaradılmış müəssisələrin açılmasına dəstək göstərib”.Bunu AQSİ-nin İdarə Heyətinin sədri Səkinə Babayeva deyib. Onun sözlərinə görə,həmin müəssisələrin açılışı martın əvvəllərində nəzərdə tutulur: “Bu tipli müəssisələrə dəstək verilməsində məqsəd bölgələrdə yaşayan qadınların rifahını artırmaqdır”. Sözügedən müəssisələr ümumilikdə kənd təsərrüfatının müxtəlif sahələrinə və xidmət sektoruna aid olan sahələri əhatə edir. Onlar çörək emalı, şirniyyat sahəsi üzrə fəaliyyət göstərəcək kiçik müəssisələr, həmçinin kiçik həcmli restoran, qadınlar üçün fitnes klub və digərləridir. Bununla yanaşı, layihə çərçivəsində bir sıra qadınlara dərzilik kursları keçirilib və həmin qadınlara tikiş avadanlığı paylanılıb.