• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 08.02.2020 16:38

Gəncədə 17 parkda iməcilik olub

KepezTV Player

 Gəncədə ümum şəhər iməcliyi keçirilib. İməclik şəhərin bütün  istirahət guşələrində, park və xiyabanlarında reallaşıb. İstirahət məkanları xəzəllərdən təmizlənib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilibvə suvarılıb, qurumuş budaqlar kəsilib. Parklarda olan fantanlarda da təzmilik işləri aparılıb. İməcilik şəhərin 17 park və istirahət guşəsini əhatə edib.

Rizvan Quliyev Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin baş aqranomu:Şəhərin müxtəlif yerlərində aqrotexniki işlər aparılır. Ötən gün şəhərin müxtəlif küçə və prospektlərinə 250-ə qədər həmişəyaşıl ağaclar əkmişik. O cümlədən 7 min ədəd çiçəklər də əkmişik. Şəhərin bütün ərazisində iməclikdir. Havanın yaxşı keçməsindən istifadə edərək belləmə işlərini istəyirik ki, yekunlaşdıraq. Mütamadi olaraq hər gün həyata keçirilir.