• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 08.02.2020 16:30

Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biridir

KepezTV Player

BMT-nin Dünya Turizm Təşkilatının “Dünya Turizm Barometrinin” yanvar hesabatına əsasən Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib. Hesabat ildə dörd dəfə nəşr olunur və turizm istiqamətləri üzrə ən son məlumatların təhlilini özündə cəmləşdirir. Bir qədər əvvəl açıqlanan “İnternational Tourism Highlights 2019” məlumatında da Azərbaycana gələn turistlərin ümumi sayında 2017-ci il ilə müqayisədə 2018-ci ildə 6,2% artım qeydə alınıb. Müqayisə etdikdə müşahidə olunur ki, Azərbaycan Latviya, Estoniya, Rusiya, Türkmənistan, Qırğızıstan, Ukrayna kimi region ölkələrini, inkişaf etmiş Avropa ölkələrindən isə İspaniya, Fransa, Avstriya, Almaniya kimi ölkələri geridə qoyub.