KepezTV Player
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü tura yekun vurulub. Son oyun günü “Turan Tovuz” doğma meydanının təmiri səbəbindən ev oyunlarını keçirdiyi Şəmkirdə lider “Səbail-2”-ni sınağa çəkib. Görüş qarşılıqlı hücumlarla keçib. Həm meydan sahibləri, həm də bakılıların qol vurmaq üçün imkanları olsa da, qapı tiri, qolkiper və qeyri-dəqiq zərbələr hesabın açılmasına izin verməyib. Belə olan halda, qarşılaşma başladığı kimi - 0:0 hesabıyla başa çatıb və tərəflər aktivlərinə 1 xal əlavə ediblər.
- Baxış: 1389