• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 08.02.2020 12:46

Mübahisə edən gənclər bıçaqlandılar

KepezTV Player

Gəncədə gənc oğlan bıçaq xəsarəti alıb. Şəhər sakini, 20 yaşlı Elşən Quliyev mübahisə zəminində bıçaq xəsarəti alıb. Yaralı Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparılıb.Gəncədə gənclər arasında xəsarətlə nəticələnən dava da olub. Mərkəzi univermağın yaxınlığında gənclər arasında yaranan mübahisə zəminində 19 yaşlı Məhəmməd Məmmədov döş qəfəsindən bıçaqlanıb. Dalaşanları ayırmağa çalışan 26 yaşlı Nemət Məmmədov da sağ qolundan bıçaq xəsarəti alıb. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Travmatologiya, və Cərrahiyyə şöbələrinə yerləşdiriliblər.