• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2511
— 08.02.2020 12:36

Sükut günüdür

KepezTV Player

Azərbaycandasabah keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatıb. Bu gün Azərbaycanda seçkiqabağı "sükut günü" elan olunub. Növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb.Seçki günü ərzində ölkədə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçkilərin gedişini 883 beynəlxalq və 77 min 721 yerli müşahidəçi izləyəcək. Həmçinin seçkilərdə 1129 səlahiyyətli nümayəndə, 7603 məşvərətçi səs hüquqlu komissiya üzü, 2085 vəkil qeydiyyatdan keçib.