Gəncədə piyadar üçün svetaforlar quraşdırılır. Artıq müxtəlif ərazilərdə 6 belə qurğu istifadəyə verilib. Yol polisi piyadaları həmin svetaforlardan istifadə etməyə çağırır.
Gəncə şəhərinin Heydər Əliyev, Şah İsmayıl Xətai, Nizami Gəncəvi, Atatürk prospektlərində və Üzeyir Hacıbəyov eçəsində quraşdırılan svetaforlar piyadaların təhlükəsiz keçid etməsi üçün nəzərdə tutulub. Yəni piyadalar sözügedən ərazilərdə yolu keçmək istəyərkən bu svetaforlardan yararlanmalıdırlar.
Hacı Həsənov - baş inspektor: Piyadalar tərəfindən gördüyünz bu yaşıl düymədən istifadə olunmalıdır. Piyadalar əmin olmalıdır ki, svetaforda yaşıl işıq yandı və avtomobillər dayandı. Buna tam əmin olduqdan sonra həmin yol ayrıcını və yolun hərəkət hissəsini keçə bilərlər.
Yeni svetaforlar əsasən avtomobillərin sıxlıq müşahidə olunduğu yerlərdə xüsusi ilə də təhsil müəssisələrinin yaxınlığında quraşdırılıb.
Gəncə şəhərində hərəkətin intensivliyi müşahidə olunan ərazilərdən biri də Atatürk prospektidir. Məhz bu səbəbdəndə sözügeədn prospektdə bir ədəd piyada svetaforu qruraşdırılıb. Ancaq təssüflər olsun ki, bu svetafordan çox az sayda piyada yararlanır.
Yəni vətəndaşlar ya svetafordan bir qədər aralıdan keçərək özlərini və digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar və yaxud da svetaforun dayan işarəsini gözləmirlər. Baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün yol polisləri vətəndaşları piyada zolaqlarından keçəməyə və svetaforlardan düzgün istifadə etməyə çağırırlar.
Hacı Həsənov - baş inspektor: Piyadalara tövsiyyəmiz ondan ibarətdir ki, dayanmış nəqliyyat vasitəsinin və digər manelərin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin olmadığına əmin olmaq lazımdır. Eləcədə sutkanın qaranlıq vaxtı görnüş dairəsində yaxınlıqda nəqliyyat vasitəsinin olmadığına əmin olduqdan sonra yolun hərəkət hissəsinə daxil olub və yolu keçmək olar.
İlkin olaraq 6 yerdə quraşdırılan svetaforların sayı artırılacaq.
Natiq Hüseyn
- Baxış: 649