• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 07.02.2020 15:22

Sürücü öldü, sərnişin yaralandı

KepezTV Player

Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qəza qeydə alınıb. Sumqayıt şəhər sakini Aslan Qəhrəmanovun idarə etdiyi "KİA" markalı avtomaşın Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb. Avtomobil yoldan çıxaraq beton lovhəyə çırpılıb. Sürücü hadisə yerində keçinib. Sərnişin, Gəncə şəhər sakini, 38 yaşlı Xəyalə Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın sərnişinin vəziyyəti ağırdır.Fakt araşdırılır.