KepezTV Player
Tovuzda ötən gün xəbər verdiyimiz oğurluq faktının təfərrüatları məlum olub. Belə ki, Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayonun Xatınlı kənd sakini olan qadın ona məxsus evdən qızıl-zinət əşyalarının və nağd pulun oğurlandığını bildirib. Dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
- Baxış: 572