• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 07.02.2020 11:01

Cadillac Escalade modelinin yeni nəslini təqdim edib

Cadillac şirkəti Escalade modelinin yeni nəslini nümayiş etdirib. Yeni model General Motors konserninin eyni platformada inşa edilən ofrouderlər ailəsinin sonuncu yenilənmiş nümayəndəsidir.

Yeni texnologiyalar gediş rahatlığının yüksəldilməsinə və multimedia sisteminin imkanlarının genişləndirilməsinə xidmət edirlər.

Eyni zamanda, Cadillac Escalade bəyan edilən yeni nəsil SuperCruise avtopilotuna da sahib olub. Lidar, radar və GPS-vericilər ilə çalışan kompleks magistralda düzxəttli hərəkəti dəstəkləyir və sərbəst şəkildə zolağı dəyişə də bilir - bunun üçün sürücünün dönmə siqnalını verməsi kifayətdir. Nəsil dəyişikliyi ilə bərabər Escalade modeli bir qədər də iri olub.

Yeni Cadillac Escalade modeli standart olaraq 420 at qüvvəsi və 623 Nm hasil edən 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. İstehsalçı bu mühərriki tamamilə yeni olduğunu iddia edir. Bundan başqa, ilk dəfə olaraq Cadillac Escalade 280 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edən altısilindrli Duramax dizel mühərriki ilə təklif edilir. Güc aqreqatları 10-pilləli «avtomat» və opsional tam ötürmə sistemi ilə tandemdə çalışırlar.

Cadillac markasının bayraqdar ofrouderinin Şimali Amerikadakı satışlarına bu ilin yayında başlanacaq. Çox güman ki, digər bazarlarda avtomobil 2021-ci ildə satılmağa başlayacaq.