• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 06.02.2020 20:25

9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqlayıb

KepezTV Player

Qazax şəhər 1 saylı tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Məktəbin 9-cu sinif şagirdi dərs vaxtı 10-cu sinif şagirdi,16 yaşlı Nihat Əliyevi bıçaqlayıb.  Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumata görə məktəblilər arasında qanlı olay şəxsi münasibətlər zəminində baş verib. Qazax rayon polis şöbəsinin əməkdaşları cinayəti törədən şəxsin saxlanılması istiqamətdə əməliyyat axtarış tədbirlərini  davam etdirirlər.