• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 06.02.2020 20:39

Qrant layihələrinin maliyyələşməsində dəyişiklik edilib

KepezTV Player

“Ötən il 47 nəfər Gənclər Fondunun maliyyə dəstəyi ilə  Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində magistr təhsili alıb. Bu il də təxminən eyni sayda gəncin ölkə hüdudlarından kənarda təhsil haqqının maliyyələşdirilməsi nəzərdə tutulub”. Bu barədə qurumun icraçı direktoru Fərid Cəfərov Fondun Müşahidə Şurasının iclasında məlumat verib. Deyib ki, xaricdə təhsillə bağlı müsabiqə haqqında  elan mart-aprel aylarında veriləcək. Bundan başqa, gənclər təşkilatları A və B kateqoriyaları üzrə elan edilən qrant maliyyələşmə ilə bağlı  layihələrini fevralın 10-dan martın 10-dək təqdim etməlidilər. Fond bu il layihələrin qəbulunda da dəyişiklik edəcək.