• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2419
— 06.02.2020 20:17

Oğurluq faktlarının üstü açılıb

KepezTV Player

Tovuz rayonunda oğurluq faktının üstü açılıb. Fevralın 4-də rayon ərazisindəki evlərin birindən 11.000 manat və 200 ABŞ dolları, habelə 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xatınlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Rüstəmov saxlanılıb.

Gəncədə isə Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 həyətyanı sahədən su mühərriki oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini Y.Ələsgərov yaxalanıb.