• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2844
— 06.02.2020 20:22

Bölgələrdə kompleks baytar sahə məntəqələri inşa olunur

KepezTV Player

Yeni inşa olunan kompleks baytar sahə məntəqəsi mövsümə uyğun olaraq heyvanların müasir avadanlıqlarla qırxımı və xüsusi dərmanlarla vanna qəbulu üçün nəzərdə tutulub. Goranboy rayonunun Qaradağlı kəndi ərazisində inşa olunan məntəqədə işin gedişi ilə tanış Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev içraçılara müvafiq tövsiyyə və tapşırıqlarını verib.

Bayandur Rzayev Aqrar Xidmətlər Agentliyinin sədr müavini:Fermerlər heyvanlarının gətirib burada xidmət göstərən işçiləri təhvil verir. Burada xidmət çox yüksək səviyyədə təşkil olunmalıdır. Fermerlər heyvanlarını tam etibar eləyib getməli və heyvan qırxılıb çimizdirildikdən sonra gəlib sahibi tərəfindən təhvil götürülməlidir.

Bu ildən etibarən yay mövsümü öncəsi ilk dəfə faəliyyət göstərəcək müasir məntəqələrdən tək yerləşdiyi rayon deyil, ətraf ərazilərdə yaşayan fermerlər də yararlana biləcəklər. 2020-ci ildə isə daha 10 rayonda bu kimi məntəqələrin inşası nəzərdə tutulub. Bayandur Rzayev ölkədə qarayara və quduzluq əleyhinə aparılan tədbirlərdən də danışıb. Əvvəlki illərdən fərqli olaraq bu il daha effketli dərman preparatlarından istifadə olunduğuna diqqət çəkib.

Bayandur Rzayev Aqrar Xidmətlər Agentliyinin sədr müavini: Artıq bu ildən vaksinlər mayetərkiblidir. Həmin vaksinlərin tərkibində 30 faiz qliserin vardır. Bu o deməkdir ki həmin o qleserin virusun yaşama müddətini artırır və eyni zamanda xəstəliklərə qarşı mübarizəni daha gücləndirir.

Ölkə ərazisində qarayara əleyhinə tədbirlər başa çatdıqdan sonra baytarlar mart ayından etibarən dabaq xəstəliyinə qarşı peyvəndləmə kompaniyasına start verəcək.