• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 05.02.2020 18:58

Marketlərdə gigiyena qaydalarına nə dərəcədə riayət olunur?

KepezTV Player

Gigiyena qaydalarına əməl etmək son dərəcə vacibdir. Xüsusən də son dövrlər virus təhlükəsinin yayıldığı bir dövrdə. Bundan əlavə, indi bu qaydalara əməl etmək daha çox insanın mədəniyyət səviyyəsinin göstəricisi kimi qəbul edilir. Bəs görəsən dükanlarda bu qaydalara necə əməl olunur və alıcılar çörək seçərkən nəyə diqqət edirlər ?

Həkimlər deyir ki, yeməkdən əvvəl əlləri yumaq, başqasının darağından, diş fırçasından istifadə etməmək kimi adi gigiyena qaydalarına riayət olunması vacib şərtlərdəndir. Bəs ictimai yerlərdə, məsələn marketlərdə gigiyena qaydalarına nə dərəcədə riayət olunur?

İstər satıcı, istərsə də alıcı adi gigiyenik qaydalara əməl etməlidir. Çünki, bu bir mədəniyyətdir. Sağlamlığımızın qeydinə qalmaq mədəniyyəti.