• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1980
— 05.02.2020 18:46

Transformatorun üstünə çıxan uşaq yandı

KepezTV Player

Zaqatalada yüksək gərginlikli elektrik transfarmatorunun üstünə çıxan 9 yaşlı  uşaq ağır yanıq xəsarətləri alıb. Hadisə rayonun Çobankol kəndində baş verib. Kənd sakini, Emin Əmrahov evlərinin yaxınlığında əkin üçün istifadə etdikləri sahədə yerləşən  elektrik transfarmatorunun üstünə çıxaraq yüksək gərginlikli elektrik naqilinə toxunub. Nəticədə Əmrahov sol yuxarı ətrafın ağır yanıq xəsarəti alıb. Yaxınlıqda əkin işləri ilə məşğul olan babası tərəfindən xilas edilən uşaq təcili  Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada xəstəyə  ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərində yerləşən  Respublika Yanıq Mərkəzinə göndərilib.