• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2206
— 05.02.2020 16:18

Polis məktəblilərlə marifləndirici görüş keçirib

KepezTV Player

Göygöl rayonunda “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır”, eləcə də “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi”  mövzularında tədbir keçirilib. Polisin məktəblilərlə görüşündə çıxış edənlər belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb, şagirdlərə layiqli vətəndaş olmağı tövsiyyə ediblər. Narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışılıb.  Erkən nikahın fəsadlarından və yol hərəkəti qaydalarından da geniş bəhs edilib. 

Natiq Hüseyn