• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1176
— 05.02.2020 11:03

Skoda Hindistanda Vision IN konseptini nümayiş etdirib

Skoda şirkəti Hindistan Nyu Dehlidə nümayiş etdirməyi planlaşdırdığı Vision IN konseptini təqdim edib.

Skoda Vision IN modelinin qabarit uzunluğu 4256 mm, hündürlüyü 1589 mm, təkər bazasının uzunlıuğu isə 2671 mm təşkil edir. Bu isə konseptin Karoq modelindən kiçik olduğundan xəbər verir. Yeni avtomobilin ölçüləri hind bazarının xüsusiyyətlərinə və yerli alıcıların tələblərinə uyğundur.

Krossover «kristallik dekoru» olan radiator barmaqlığı, iri hava girişləri və aşağı hissədə alüminium spoyleri olan ön bamperi, L-şəkilli gündüz hərəkət işıqları olan ikimərtəbəli işıq texnikası ilə seçilir.

Vision IN konseptinin salon tərtibatında klassik materiallardan istifadə edilib. Bunlara misal kimi, əsl dərini və onun yüksək keyfiyyətli əvəzləyicilərini göstərmək olar. Ön panel və qapılardakı işləımələr büllurdan hazırlanıb, dekorda parçaya naxışların vurulması üsulu olan kalyamkariyə də işarə var. Ön paneldə quraşdırılan büllur element Çexiyanı tərənnüm edir.

Vision IN konsepti büdcə avtomobilləri üçün nəzərdə tutulan MQB AO modul platformasında inşa edilib. Prototip 150 at qüvvəsi hasil edən 1,5-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Krossoverin 100 km/saat həddinə sürətlənməsinə 8,7 saniyə lazımdır. Onun maksimal sürəti 195 km/saat təşkil edir.

Konseptin seriya variantı gələn il debüt etməlidir.