• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 04.02.2020 21:45

"Qoşqar" yoxlama oyununda qalib gəldi

KepezTV Player

Region Liqasında Gəncəni təmsil edən “Qoşqar” qış fasiləsindən yararlanaraq daha bir yoxlama oyununa çıxıb. Aqil Əliyevin yetirmələri “Kəpəz”in 17 yaşlılardan ibarət komandası ilə qarşılaşıb. Gəncə şəhər stadionunun süni örtüklü meydançasında reallaşan görüş həvəskar statusunda olan kollektivin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Hər iki komandanın məşqçilər korpusu yoldaşlıq görüşünün xarakterinə uyğun olaraq bütün futboçuları sınaqdan keçirib. Xatırladaq ki, bu matç hazırlıq müddətində tərəflər arasında ikinci oyun olub. Bir müddət əvvəl keçirilən qarşılaşmada "Qoşqar” rəqibinə 7:5 hesabı ilə qalib gəlib. Region Liqasında qış fasiləsi fevralın 8-də başa çatacaq.