• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 04.02.2020 20:10

Narkotik dövriyyəsi ilə məşğul olanlar saxlanıldılar

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinə paytaxtın Nizami rayonunda bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlərlə Bakı şəhər sakini Daşqın Axundzadə tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 25,870 qram marixuana aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, Daşqın Axundzadə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə edərək satışını həyata keçirib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Masallı rayon sakini Fərhad Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda, yəni 1 kiloqram 45 qram heroin aşkar olunaraq götürülüb. Hər iki faktla bağlıCinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Daşqın Axundzadə və Fərhad Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəri seçilib əməliyyat tədbirləri davam etdirilir.