• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2325
— 04.02.2020 20:48

Goranboyda 197 nəfər aztəminatlı ailə üzvü aktivlərlə təmin edilib

KepezTV Player

Ötən il Goranboy rayonunda 197 nəfər aztəminatlı və imtiyazlı vətəndaş özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb olunub. Təlimlərdə iştirak edən bu sakinlərin hər biri müraciətləri əsasında aktivləri ilə təmin olunub.

Elsəvər Əmiraslanov  bərbər:Goranboy rayonu üzrə özünəməşğulluq proqramına müraciət elədim və layihədə uğur qazandım. Avadanlıqlarım işi görmək üçün indiki tələbə uyğun olmadığına gorə öz işimi yaxşı həyata keçirə bilmirdim. Sağl olsun dövlətimiz mənim üçün bu şəraiti yaradıbdı. Ailəmi dolandırmaq üçün gəlir qazanıram.

Ayda 300-400 manat gəlir əldə edən Goranboy sakini 29 yaşlı Elsəvər Əmiraslanov ötən il özünüməşğulluq proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak edib və o, uğur qazanan 197  nəfərdən biridir. Əmiraslanov 6 ilə yaxındır ki, rayonda bərbər işləyir. Bu müddət ərzində lazımı avadanlıqların olmaması onun işində çətinliklər yaradırdı. Özünüməşğulluq proqramına qoşulduqdan sonra isə Rayon Məşğulluq Mərkəzi tərəfindən aktivlər şəklində 4 min manatlıq avadanlıqla təmin olunub.

Goranboy rayonu üzrə ötən il özünüməşğulluq proqramına qoşulanlardan 142 nəfər kənd təsərrüfatı istehsalçılarıdır. Bunlardan biri də rayonun Tatarlı kənd sakini Fatimə Məmmədovadır.

Məmmədova özünüməşğulluq proqramına ötən ilin iyul ayında qoşulub. Layihə çərçivəsində ona 2 baş inək verilib.

Fatimə Məmmədova Tatarlı kənd sakini:12-13 litr süd götürürəm. Qonşuyada satıram. Öüzmü də dolandırır. Şor, yağ, qatıq edirəm çox razıyam. Bir kəndçi kimi çox xeyr edir. Bizdə bununla dolanırıq.

Proqram iştirakçılarına verilən aktivlərin düzgün və səmərəli istifadəsi üçün komissiya tərəfindən mütəmadi olaraq istehsal və xidmət sahələrinə baxış keçirilir. Bu il üçün də proqrama qoşulmaq istiyənlərin qeydiyyatı aparılır.

Raul Qurbanov Goranboy Rayon Məşğulluq Mərkəzinin sektor müdiri:2019-cu il ərzində özünəməşğulluq proqramını uğurla yekunlaşdırmışıq. Hazırda 2020-ci il üçün özünəməşğulluq proqramına cəlb olunmaq üçün vətəndaşların manitorinqi keçirilir. Manitorinqdən sonra növbəti təlimlərə başlamaq nəzərdə tutulur. Ümumiyyətlə özünəməşğulluq proqramında vətəndaşların müraciəti iki sahədə olur. Kənt təsərrüfatı və istehsal xidməti sahəsidir. Goranboy rayonu kəntə təsərrüfatı rayonu olduğu üçün əksər müraciətlər kənt təsərrüfatı üzrədir.

Ötən il Goranboy Rayon Məşğulluq Mərkəzində işsiz kimi 2779 nəfər qeydiyyata alınıb ki, bunlardan da 604-ü qadındır. Müraciət edənlərdən isə 211-i qadın olmaqla 979 nəfər işlə təmin edilib. Hazırda Mərkəzdə 4451 nəfər işsız kimi qeydiyyatdadır.