• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 04.02.2020 12:32

Güclü küləklə bağlı "Azərişıq" hərəkətə keçdi

KepezTV Player

Azərbaycanın bir sıra regionlarında güclü küləyin əsməsi "Azərişıq"ASC-ni qabaqlayıcı tədbirlər həyata keçirməyə vadar edib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bu gecədən etibarən ölkənin bir sıra dağlıq və dağətəyi regionlarında güclü külək əsməyə başlayıb. Bu küləklər, xüsusən də Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında mövcuddur. Bu səbədən də "Azərişıq" baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün önləyici tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılar qarşılaşdıqları hər hansı çətinliklə bağlı "Azərişığ"ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət edə bilərlər.