• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 674
— 03.02.2020 19:18

Ölkənin ilk region qəzetinin 100 yaşı tamam olur

KepezTV Player

Bu il Respublikamızın ilk region qəzeti olan “Gəncənin səsi”nin 100 yaşı tamam olur. Bir əsirlik tarixi olan bu qəzet Gəncənin yüksəlişinin ən fəal təbliğatçısı və tərənnümçüsüdür. Hər səhifəsində şəhərin inkişafından söz açılan qəzetdə Gəncənin səlnaməsi yaradılır və bununla gələcək nəsillər üçün tarix yazılır.

Gəncənin səsi” qəzeti respublikamızda çap olunan ən qocaman mətbu orqanıdır. İlk sayı 1920-ci ilin may ayında işıq üzü görən qəzet Məmməd Kazım Ələkbərlinin redaktorluğu ilə “Qırmızı Gəncə” adı ilə işıq üzü görüb. Daha sonra nəşrin redaktoru dəyişdirilərək Balabəy Həsənbəyov, məsul katibi Cəfər Bağır təyin edilib. Böyük qəzetçi olan bu şəxslər təəsüflər olsun ki, sonralar represiya qurbanı olublar. Yarandığı gündən öz dəst-xətti ilə Azərbaycanda həm milli mətbuatın inkişafına, həm də maarifçilik ənənələrinin yayılmasına layiqli töhfələr verən qəzet müxtəlif illərdə “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti”, “Kirovabad komnisti” adı ilə çap olunsa da 1990-cı ildən “Gəncənin səsi” adı ilə oxucuların görüşünə gəlir.

Rəfiqə Sadıqova - “Gəncənin səsi” qəzetinin baş redaktoru: Regionun ilk 100 yaşlı qəzeti Gəncənin səsi qəzetidir. Gəncənin səsi uzun və keşməkeşli bir yol keçibdir.Qəzetin əməkdaşları həmişə çalışıblar ki, həmişə üstü örtülü olsada həqiqəti yazsınlar. Öz milli mənəvi dəyərlərinə sahib çıxsınlar. Bəlkədə ona görədə redaktorlar tez-tez dəyişiblər, hətta represiyaya düşüblər. Qəzet milli mənəvi dəyərlərimizə, didlimizin rəvanlığına sahib çıxdığı üçün qəzetin adını tez-tez dəyişiblər ki, sanki onun məzmunuda dəyişsin.

Bu il yüz yaşı tamam olan qəzetin bir əsirlik tarixi barədə 400 səhifəlik kitab da çap olunur. Mətbəyə verilən nəşr aprel ayında oxuculara təqdim ediləcək.

Rəfiqə Sadıqova - “Gəncənin səsi” qəzetinin baş redaktoru: Qəzet nələrdən yazıb, necə yazıb, Gəncənin yüksəlişinə, inkişafına işıq tuta bilibmi bütün bunları əhatə edə biləcək kitab hazırlayırıq. Ardıcıl olaraq xranologiyanı vermişik. Qəzet yarandığı gündən nələri yazıbdı. Xülasələr var Gəncənin son inkişafı və həmin hadisələr kitaba daxil edilib. Bu bizim oxucularımıza, gəncəlilərə “Gəncənin səsi” qəzetinin kollektivi adından ərməğanımız olacaqdı.

100 illik nəşr bu illər ərzində hər sayında peşəkar jurnalistlərin qələmindən süzülən olduqca maraqlı və məzmunlu məqalələrlə, araşdırmalarla oxucuların görüşünə gəlir. Qəzetin hər sayında şəhərin inkişafından söz açılır və bununla görülən işlər tarixiləşəir.

Füzuli Qasımov - "Gəncənin səsi" qəzetinin əməkdaşı:Mənim taleyim 1961-ci ildən bu qəzetlə bağlıdı. O vaxtı qəzetin redaktor Kərəmət Tağıyev idi. Maraqlıdır ki, həmin vaxtdan mənim taleyim bu qəzetlə bağlandı. O vaxtdan dab u qəzetdə işləyirəm. 100 illiyini qeyd etdiyimiz bu qəzetin 55 ili mənim teleyimlə bağlıdı.

Yaşar Nəbiyev - "Gəncənin səsi" qəzetinin baş redaktorunun müavini: Fotomüxbir kimi işə qəbul olunmuşam, sonra müxbir vəzifəsinə keçmişəm 1980 ildən çalışıram. Qəzet vaxtı ilə gündəlik çıxıb. Qəzetin 100 yaşı tamam olur, bu bir əsir deməkdi. Gəncənin səsinin əməkdaşları həmişə çalışırlar ki, qəzetdə gedən materialları səlist, dürüst obyektiv şəkildə çap olunsun.

Hazırda qəzetin sosial, mədəniyyət, məktublar və idman şöbələrində ümimilikdə 15 nəfər işçi çalışır. 2011-ci ildən böyük rəngli formada çıxan qəzet bu gün 2 min tirajla çap olunur. Ayda bir dəfə çıxan qəzetin hər yeni sayı kollektiv tərəfindən müzkirə edilir. Bu il qəzetin hər tirajının 1 səhifəsi yubleyə həsr edilib.