• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2320
— 03.02.2020 19:04

Tələbələrin aylıq xərcləri nə qədərdir?

KepezTV Player

Tələbəlik həyatı nə qədər maraqlı olsa da, bir o qədər də çətindir. Bu çətinliklərdən ən başlıcası maddiyyatla bağlıdır. Maraqlıdı, bir tələbənin aylıq xərci nə qədər olur? Bu mövzunu əməkdaşımız Valeh Anaroğlu araşdırıb.

Tələbə.. Tələbəlik.. Tələbə-universitetdə təhsil alan şəxsdir, gələcəkdə hər hansı bir peşədə çalışacaq müəllim, həkim, bioloq, hüquqşünas, jurnalist, iqtisadçı, memardır. Tələbə olmaq, tələbəlik insan ömrünün əvəzedilməz, yaddaşlardan silinməz dövrüdür. Hamı kimi, tələbələrin də öz qayğıları var. Bu gün tələbələr üçün əsas aktual məsələlər onların tələbatlarıdır: ictimai nəqliyyata sərf etdiyi ödəniş, qida, geyim və digər xərcləri. Görəsən, bu günün tələbəsi aylıq ehtiyacına nə qədər pul xərcləyir?

Gəncə şəhərində təhsil alan tələbələrin xərcləri də mövcud şəraitə uyğun olaraq dəyişir. Təqaüd almayan və çalışmayan tələbələrdə isə bu bir qədər də çətinlik yaradır. Onlar ailəsinin verdiyi xərcliklər ilə kifayətlənməli olur. Bəs valideynlər necə, bu günki bazar tələbləri ilə qanedirlərmi?

Bəzi hallarda ailələrinin göndərdiyi xərcliyi və öz təqaüdlərini necə gəldi xərcləyən tələbələrə də rast gəlinir. Bu da öz növbəsində bir sıra problemlər yaradır. Ekspert müqayisə edir – yataqxanada yoxsa kirayə evdə yaşayan tələbələrin xərcləri arasındadı fərqi.

Tələbə universitetə qəbul olarkən, sanki qiymətli bir qab qazanmış olur. Sonrakı illərdə isə o qabı öz elmi, savadı, düşüncə tərzi ilə, dünyagörüşü ilə doldurmağa çalışır. Gəlin unutmayaq ki iradəli olmaq, qənaətcil olmaq arzularımıza hər gün bir addım da yaxınlaşmaqdır..