• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 03.02.2020 16:18

Gənclər günü qeyd olunub

KepezTV Player

“Azərbaycanda gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilməklə gənclərin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi yönündə əməli işlər görülüb”. Bu fikirlər Gədəbəydə 2 fevral Gənclər günü ilə bağlı keçirilən tədbirdə səslənib. Hesabat xarakterli çıxışlarda 2019-cu il ərzində yerli Gənclər və İdman İdarəsi tərəfindən rayonda 22 formatlı müxtəlif tədbirlərin reallaşdığı və bu layihələrdə ümumilikdə 4000-ə yaxın gəncin iştirak etdiyi vurğulanıb. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunması, milli mənəvi dəyərlərin qorunması mövzularında maarifləndirici tədbirlər, intellektual oyunlar, dəyirmi masalar, inşa-yazı müsabiqəsi təşkil edilib.