• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 03.02.2020 16:09

Magistraturaya sənəd qəbulu elan edilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib. İmtahanda iştirak etmək üçün bakalavr 2020-ci il fevralın 3-dən 13-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği - 50 AZN-i “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 3 fevral 2020‑ci il saat 10.00-dan 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. İmtahan 2020-ci il fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin inkişaf səviy­yəsinin yoxlanılması üçün 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaqdır.