Fəsil dəyişdikcə geyimlər də dəyişir.Geyimlərə xüsusilə də yaz və yay aylarında daha çox diqqət yetirilir.Lakin bu gün əksəriyyət insanlar geyim seçimində çətinlik çəkir. Bəziləri isə nəyi və necə geyinməyi belə bilmir, artıq çəkili qadınlar isə çox vaxt bədən ölçülərinə uyğun geyinmirlər. İnsanlara hər zaman zövqlü olmağı, geyim tendensiyalarından düzgün istifadə etməyi məsləhət edən modelyer Nazilə xanımın fikrincə, kök xanımlar geyim seçərkən səhvə yol verirlər.
"Hər yerin öz geyimi olduğu kimi, hər ilin, hər mövsümün də öz dəbi var. Geyim seçərkən ilk növbədə onun təyinatını müəyyən etmək lazımdır.Yəni bu geyim alındıqdan sonra harada istifadə olunacaq deyə düşünmək mütləqdir.Sevərək alınan paltarlar dəbi əsas gətirərək tez-tez dəyişidirilir. Burda Oskar Uayldın bir fikrini xatırlatmaq yerinə düşər : "Moda çirkinliyin elə dözülməz formasıdır ki, biz gərək onu 6 aydan bir dəyişək”
Bəzi insanlar qarderoblarını yalnız yeni dəbə uyğunlaşdırmağı sevir. Dəb də, yaxşı geyinmək də gözəldir. Paltarın həm funksional baxımdan, həm də estetik görünüşcə düzgün seçilməsi onu mükəmməl edir. Hər hansısa bir faktoru qeydə almadıqda isə artıq yanlış geyim ortaya çıxır. Və ən əsası unutmaq lazım deyil ki, yerindən, fəslindən aslı olaraq moda insanın özünə yaraşanı geyinməsi deməkdir..
Gülnur İbrahimova
- Baxış: 738