• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 993
— 03.02.2020 12:11

Koronavirusla əlaqədar Kiniki Tibbi Mərkəzə 2 nəfər yerləşdirilib

KepezTV Player

Koronavirusa yoluxma şübhəsi ilə Kiniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. 24 yaşlı Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub: "Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq" deyə xəstəxanadan bildirilib. Digər şəxs, 26 yaşlı Azərbaycan vətəndaşı isə Çində təhsil alır. "Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar. Nazirliyin məlumatılna götə, ölkədə koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq. Gətirilən testlər artıq mərkəzə təhvil verilib: “Epidemiyaya yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılacaq.