• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 01.02.2020 16:36

Dövrün tələbinə uyğun hədiyyələr

KepezTV Player

Xüsusi günləri daha da yaddaqalan etmək istəyənlər, ekrana bir az da yaxın əyləşin. Əl əməyi, göz nuru dediyimiz fərqli hədiyyələr ən yaxşı seçiminiz ola bilər. Bir qədər sonra izləyəcəyiniz süjet vasitəsilə bu cür qeyri-adi əl işləri ərsəyə gətirən istedadlı gənclərdən birini tanıya bilərsiniz. 

Jalə Qurbanzadə istedadlı gənc: Mən Jalə Qurbanzadə 24 yaşım var. Demək olar 3 ildir ki, bu işlə məşğulam. Əl işlərimi instagram səhifəmdə satışa çıxarıram...

İnstagram vasitəsilə populyarlıq qazanan gənc hər büdcəyə uyğun, qiyməti təxminən 10-200 azn civarında dəyişən fərqli hədiyyələr hazırlayır. Jalənin əl işləri arasında ətirli daşlardan suvenir və gül dəstəsini xatırladan şokolad buketlər daha çox sevilir.

Jalə Qurbanzadə istedadlı gənc:21-ci əsrdir və biz 10 il bundan qabaqkı dövrdə yaşamırıq. Deməli hədiyə seçimimiz də dəyişməlidir...

Jalə Qurbanzadənin fikirincə, istənilən işin uğurlu alınması üçün istək, bacarıq, iradə kimi vacib kriteriyaların olması labüddür.

Jalə Qurbanzadə istedadlı gənc:Mənim bacarığım yoxdur deyib, dayanmasınlar. Hamının hansısa bir yöndə bacarığı mütləq ki, var...

Müsahibimiz gələcəkdə şəxsi mağazasını açıb, bir-birindən gözəl, zövqoxşayan əl işlərini daha çox kütləyə təqdim etməyi planlaşdırır.