• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1561
— 01.02.2020 16:20

“Vətən mücahidləri” kitabı təqdim olunub

KepezTV Player

Gəncədə “Vətən mücahidləri” Aprel döyüşləri salnaməsi adlı iki cildlik kitabın ictimayyətə təqdimatı olub. Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə təşkil olunan təqdimatda şairlər, yazıçılar, N saylı hərbi hissənin zabit və əsgərləri eləcə də şəhidlərin yaxınları, qazilər iştirak edib. Manya Səxavətqızı, Aysel Nəsirzadə və Gülnarə Sadiqin birgə qələmə aldığı bu nəşrlər 2016-cı ilin aprelində illərdən sonra dünyaya səs salan Azərbaycan ordusunun  göstərdiyi şücaətdən yazılıb. Şəhid olan qəhraman oğullarımız eləcə də şəhadətin bir addımlığından dönən qazilərimizin keçdiyi şərəfli döyüş yolu kitabda ətraflı qələmə alınıb. Birinci cildi 304 səhifə, ikinci cild isə 144 səhifə olan kitablarda şəhidlərə və qazilərə həsr olunan şerlər, hekayələr, məqalələr də yer alıb. Kitabın yeni cildlərinin də nəşr olunacağı nəzərdə tutulur.

Manya Səxavətqızı müəllif:İllərdi ürəyimizdə şəhid dərdi böyütdük. Bu şəhid dərdi bizə qürur verdi ki, vətəni o oğullar ayaqda tutub. O oğulların hər birindən yazmaq bizim borcumuzdu.

Xəzangül Hüseynova AYB Gəncə bölməsinin sədri:Gənclərimizin şəhidlərimizə verdiyi qiyməti, onları duymaq qabiliyyəti, vətən uğrunda canlarını fəda etmək, şəhidlik zirvəsinə qalxmaq bunların hamısı Vətən mücahidləri kitabında toplanan yazılarda əks olunub.

Ədalət Bayramov şəhid qardaşı:Mənim qardaşım Vaqif Bayramov N saylı hərbi hissənin zabiti olubdu. Aprel döyüşlərində qəhrəmancasına həlak oldu. Onlar şəhidlərimizi, qazilərimizi burada canlandırırlar, yadda saxlayırlar. Bu bizim tariximizdi.