• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 01.02.2020 15:57

Göygöldə 2 Fevral - Gənclər Günü təntənəli şəkildə qeyd olunub

KepezTV Player

İştirakçılar əvvəlcə rayon gənclərinin son bir ildə əldə etdikləri uğurlara dair videoçarxa baxıblar. Göygöllü gənclərin dövlət-gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tutduğu diqqətə çatdırılıb. Gənclər bölgənin ictimai həyatında üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirir, təhsildə, intellektual inkişafda, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində fəallıq nümayiş etdirirlər. Hazırda rayon əhalisinin 31 faizını təşkil edən gənclərin 300-dən çoxu dövlət qulluğunda çalışır. Son bir ildə 10-a yaxın gənc müxtəlif idarə və tşkilatlarda rəhbər vəzifələrə təyinat alıb. Göygöllü gənclər ötən il Xəmsə intelektual yarışmasının zona mərhələsində qalib olub. Müxtəlif idman yarışlarında, müsabiqələrdə mükafata layiq yerlər tutublar. Hazırda Göygöldə Gənclər evi sosial xidmət müəssisənin fəaliyyətə başlması istiqamətində iş aparılır. Sonda bir qrup fəal gəncə Göygöl rayon İcra Hakimikyyətinin fəxri fərmanı və hədiyyələri verilib.