• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 01.02.2020 16:26

Gənclər günü qeyd olunub

KepezTV Player

Gəncədə 2 fevral Gənclər günü ilə bağlı keçirilən tədbirdə əvvəlcə gənclər təşkilatlarının fəaliyyətlərini əks etdirən sərgi ilə tanışlıq olub.Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğu və bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq edildiyi vurğulanıb. İlk dəfə  2012-ci ildə isə Gəncə şəhəri Azərbaycanın gənclər paytaxtı seçilib. 2016-cı ildə Avropanın gənclər paytaxtı da məhz Gəncə olub. Hazırda şəhərdə 100 mindən artıq gənc var ki, bu da şəhər əhalisinin 31 faizini təşkil edir. 6 tələbə gənclər təşkilatı, 4 tələbə klubu və 9 ictimai birlik faəliyyət göstərir. Ötən il Gəncədə 108 müxtəlif tədbir və layihə reallaşdırılıb. Tədbirin sonunda 25 gəncə şəhərin ictimai həyatında fəal iştitrak etdiyinə görə İcra Hakimiyyəti tərəfindən  fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Orxan Muradzadə fəal gənc:2020-ci il möhtərəm cənab prezident tərəfindən Könüllülər ili elan edildi. Bu elan biz gənclərə böyük stimul verir. Biz gəncləri şövqlə işləməyə həvəsləndirir. Məndə bütün gəncləri təbrik edirəm, bütün gənclərin Gənclər günü mübarək olsun.