• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3176
— 01.02.2020 12:34

Azərbaycanda 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı

KepezTV Player

Azərbaycanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, Azərbaycanda qripdən ölüm halının baş vermədiyini açıqlayıb.Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan məlumat verilib ki, bu səhiyyə müəssisəsinə koronavirusa yoluxmuş heç bir xəstə yerləşdirilməyib və koronavirusdan ölüm faktı qeydə alınmayıb:"Nəinki bu institutda, ümumiyyətlə, Azərbaycanda koronavirusdan ölüm halı baş verməyib. İndiyədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb".Məlumat üçün bildirək ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda koronavirusla əlaqədar xüsusi palatalar ayrılıb. Koronavirusa yoluxma və ya yoluxmada şübhəli hal qeydə alınarsa, belə xəstələrin stasionar müalicəsi həmin palatalarda aparılacaq.